17 
Sen
2024
17:08
489

Aqil Mustafeyev Prezidentin çağırışına münasibət bildirdi - VIDEO

Xanım Zurabişvilinin dünənki çağırışı ilk növbədə ümumi siyasi prosesin yeniden alovlandırılmasına bir işarədir. Prezidentin bu yöndə çağırışlarını biz müsbət qiymətləndiririk.

Bu barədə “Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev InterPress.ge-nin əməkdaşları ilə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, Qaxaria və başqa Avropa yönlü siyasi partiyalar qırmızı xətt deyil.

“Güclü Gürcüstan” koalisiyası olaraq bizim hər bir siyasi partiya ilə mübarizə aparmaq imkanlarımız var, amma bunun yalnız bir məqsədi olmalıdır ki, buda bu günki hökuməti hakimiyyətdən uzaqlaşdıraq. Bizim üçün Qaxaria və başqa Avropa yönlü siyasi partiyalar qırmızı xətt deyil. Bizim yeganə yolumuz ondan ibarətdir ki, birlikdə bu hakimiyyəti uzaqlaşdırmalıyıq. Razılıq əldə olunub- olunmayacağı ilə bağlı yaxın günlərdə müzakirələr aparılacaq. Qaxaria partiyasının siyasi fikirlərini dinləməmişik, ancaq onun fikirləri dinləndiktən sonra bizim partiya liderimiz və siyasi şura müzakirə aparıb qərar verəcək” – deyə Aqil Musatafayev bildirdi.

Daha ətraflı video materialda:

Bizimlə əlaqə saxlayın