Britaniya səfirliyi - "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi" haqqınd qanun paketi əsas insan hüquqlarını, o cümlədən ifadə və toplaşmaq azadlığını pozur
“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunvericilik paketi fundamental insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını pozur və Gürcüstan əhalisinin bir hissəsinin daha da damğalanması və ayrı-seçkilik riski yaradır.
InterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“ Səfirlik təəssüflə bildirib ki, qanunvericilik paketi Venesiya Komissiyasının ona tamamilə yenidən baxılması və qəbulunun dayandırılması ilə bağlı tövsiyələrinə məhəl qoymadan qəbul edilib.
Böyük Britaniya Gürcüstan parlamentinin üçüncü oxunuşda “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunvericilik paketinin qəbul edilməsindən ciddi narahatlığını ifadə edir. Bu qanunvericilik paketi əsas insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını pozur və Gürcüstan əhalisinin bir hissəsinin daha da damğalanması və ayrı-seçkiliyə məruz qalması riski yaradır. Bu qanunvericilik paketi Gürcüstanın bütün vətəndaşlarını əhatə edəcək. Biz təəssüf edirik ki, qanunvericilik paketi Venesiya Komissiyasının ona “tamamilə yenidən baxılmalı və qəbulu dayandırılmalıdır” məsləhətinə məhəl qoymayaraq qəbul edilmişdir. Biz Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı” qanunu ilə birlikdə həm vətəndaş cəmiyyətinin, həm də ayrı-ayrı Gürcüstan vətəndaşlarının hüquqlarını məhdudlaşdıran və “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini nəzərdən keçirməyə çağırırıq. Bu, həmçinin, Britaniya və Gürcüstan arasında uzun illər davam edən münasibətləri şübhə altına alır"-bəyanatda bildirilib.
Məlumat üçün bildirək ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun parlamentdə üçüncü oxunuşda təsdiqlənib. LGBT təbliğatına qarşı hazırlanan layihə hakim çoxluq tərəfindən 84 səslə yekdilliklə qəbul edilib.


