Baş nazir: Ölkənin büdcəsi təxminən 10 milyard artıb ki, bu da bizə ölkənin inkişafına daha çox qayğı göstərməyə imkan verir
"2021-ci ildən bizim nominal iqtisadiyyatımız 40 milyard lari artıb, buna görə də ölkənin büdcəsi təxminən 10 milyard lari artıb ki, bu da bizə ölkənin inkişafına daha çox qayğı göstərməyə imkan verir”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze biznes assosiasiyasının konfransındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bütün istiqamətlər üzrə çox yaxşı tendensiyalar və templər var ki, bu da iqtisadiyyatı stimullaşdıran layihələrin həyata keçirilməsinə imkan verir.
“Bütün bunlar bizə imkan verir ki, iqtisadiyyata, ümumilikdə, ölkənin inkişafına daha da qayğı ilə yanaşaq, iqtisadiyyatın inkişafına yeni təkan verəcək belə layihələri, o cümlədən infrastruktur layihələrini həyata keçirək. Bütün istiqamətlərdə çox yaxşı tendensiyalarımız və tempimiz var və ümid edirəm ki, bu, davam edəcək. Hakimiyyət əleyhdarları bəzən deyirlər ki, iqtisadiyyat inkişaf etsə də, bu 40 milyard 25 ailənin cibinə gedib, onların mesajı budur. Bu işin peşəkarları, mütəxəssisləri yəqin ki, mənimlə razılaşacaqlar ki, bunun nə qədər böyük yalan olması. Hər şey rəqəmlərlə ifadə olunur”, - Kobaxidze bildirib.
Kobaxidze yoxsulluğun göstəricilərinə də toxunub və qeyd edib ki, 2012-ci ildə ölkədə yoxsulluq səviyyəsi 30% təşkil edib, onun sözlərinə görə, ötən ilin məlumatlarına görə bu göstərici 11,8%-ə düşüb
“2012-ci ildə Gürcüstanda 1 milyon 120 min insan yoxsulluq həddində yaşayırdı, indi isə bu rəqəm 440 minə endirilib. 680 min insan mütləq yoxsulluqdan çıxarılıb ki, bu da əsas nailiyyətlərdən biridir, lakin 440 min insanın hələ də mütləq yoxsulluq həddində yaşaması böyük problemdir və bizim üçün mümkün qədər qayğı göstərməyimiz əsas məsələdir . Bugünkü tempimizi nəzərə alsaq, düşünürəm ki, ortamüddətli perspektivdə yoxsulluğun aradan qaldırılması mümkündür. Əsas odur ki, iqtisadi artım tempini qoruyub saxlayaq”.-Kobaxidze bildirib.