16 
Sen
2024
22:40
187

Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başa çatıb

Ermənistan Respublikasının baş nazirinin Gürcüstana rəsmi səfəri başa çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyan Tbilisi beynəlxalq hava limanından Gürcüstanın baş naziri İrakli Kobaxidzenin müşayiəti ilə yola salınıb.

“Rəsmi səfər çərçivəsində hökumət başçısı erməni həmkarını hökumət nümayəndə heyəti ilə birgə rəsmi naharda qəbul edib.

 Rəsmi nahardan sonra iki ölkənin baş nazirləri Svetitsxoveli katedralında olublar”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın