ABŞ Gürcüstanda sanksiya tətbiq edilən şəxslərin siyahısını genişləndirib
ABŞ 60-dan çox insana, o cümlədən “Gürcü Arzusu” hökumətinin nümayəndələri və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edir.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.
“...Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasında məsuliyyət daşıyan və ya şərik olan 60-dan çox gürcü və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq etmək üçün əlavə tədbirlər görür. Onlar gürcü xalqının fundamental azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə etmiş hökumət üzvləri və bələdiyyə xadimləri, korrupsiya əməllərində iştirak edən biznes liderləri, dezinformasiya və zorakı ekstremizmi təbliğ edən şəxslər, nümayişçilərin döyülməsində iştirak etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Həmçinin qeyri-demokratik qanunvericiliyin irəliləyişində və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında həlledici rol oynayan parlament üzvləridir”, - Blinken bildirib.


