İrakli Kobaxidze: Bu, çox prinsipial seçkidir, ya müharibə - ya sülh
"Bu gün Qoridə Şida Kartli sakinləri ilə, partiyamızın üzvləri və tərəfdarları ilə görüşümüz oldu və burada da təbii ki, ölkəmizin inkişafı ilə bağlı siyasi mesajlardan danışdıq".
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, bu, çox prinsipial seçkidir və üstəlik, əhalinin, əslində, sadə seçim edəcəyi həlledici referendumdur.
"Əhali ya müharibəni, ya sülhü, ya heç kimin bəyənmədiyi təbliğatı, ya ənənəvi dəyərləri, ya qaranlıq keçmişə qayıtmağı seçəcək ki, bunun da nümunəsini "Milli Hərəkat" 9 il hakimiyyətdə olanda bizə göstərdi, ya da insanlar ölkəmizin parlaq, avropalı gələcəyini seçməlidirlər. Seçim çox sadədir və mən əminəm ki, belə bir seçim oktyabrın 26-da, parlament seçkiləri zamanı olacaq”, - deyə baş nazir bildirib.


