Kaxa Kaladze: Biz ilk növbədə əhaliyə sülh vəd edirik və bunun ardınca ölkənin inkişafı gələcək
"Hücumlara baxmayaraq, hökumət ölkədə sülhün qorunması üçün hər şeyi edəcək".
InterPress.ge xəbər verir ki, bunu paytaxtın meri Kaxa Kaladze mətbuata bildirib.
Onun sözlərinə görə, son vaxtlar xüsusilə aydın olub ki, ölkədə sülhün qorunmasının alternativi yoxdur.
“Bu gün seçki kampaniyası çərçivəsində Şida Kartli sakinləri ilə görüşdük. Son bəyanatlar daha aydın göstərir ki, sülhə alternativ yoxdur. Hücumlara, təzyiqlərə və zorakılığa baxmayaraq, Gürcüstan hökuməti ölkədə sülhün qorunması üçün hər şeyi edəcək. Bunsuz hər hansı inkişafdan, iqtisadi tərəqqidən, sosial proqramların icrasından danışmaq mümkün deyil.
Buna uyğun olaraq biz əhaliyə ilk növbədə ölkədə davamlı əmin-amanlıq vəd edirik. Aydındır ki, bu, ölkənin tərəqqisinə və inkişafına gətirib çıxaracaq”, - Kaxa Kaladze qeyd edib.


