İrakli Kobaxidze: Bu seçkilər görünməmiş kənar müdaxilələr fonunda keçiriləcək, amma ictimaiyyət hər şeyi görür
"Düzdür, ayrı-ayrı senatorların bəyanatları Senatın reputasiyasına xələl gətirir, lakin Senat hələ də tərəfdaş ölkənin ən mühüm dövlət qurumlarından biri olaraq qalacaq və biz əməkdaşlığı davam etdirmək niyyətindəyik".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısının qeyd etdiyinə görə, senatorlardan biri çıxıb Viqindaranı Gürcüstanın hakim partiyası adlandıranda ilk olaraq ABŞ Senatını təhqir edir.
“Hamınız görürsünüz ki, əslində güclü xarici müdaxilə var. Bu seçkilər görünməmiş kənar müdaxilələr fonunda keçiriləcək. Senatorlardan biri önə çıxır və iqtidar partiyası, Gürcüstanda xalqın seçdiyi hakim partiyanı Viqindaran adlandıraraq əvvəlcə ABŞ Senatını təhqir edir. Bu gün kənardan müdaxilə cəhdi var, amma cəmiyyət hər şeyi görür, ona görə də belə cəhdlərin heç biri baş tutmayacaq. O ki qaldı bu cür qiymətləndirmələrə, bu cür açıqlamalara, belə şeylər ilk növbədə həmin şəxslərin təmsil etdiyi qurumların imicinə xələl gətirir. Bununla belə, hamımız başa düşürük ki, ayrı-ayrı senatorlar son nəticədə Senat haqqında ümumiləşdirə bilməzlər. Düzdür, onların bəyanatları Senatın reputasiyasına xələl gətirir, lakin Senat hələ də tərəfdaş ölkənin ən mühüm dövlət qurumlarından biri olaraq qalacaq və biz əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə İrakli Kobaxidze bildirib.


