14 
Sen
2024
20:21
308

Bidzina İvanişvili: Hökumətimiz namizəd statusu alıb, bu gün ölkə Avrointeqrasiya prosesini səssiz itaətlə deyil, şərəf və öz milli maraqlarını qorumaqla davam etdirir

"12 il əvvəl sizin qarşınızda çıxışım zamanı vurğulamışdım ki, Avropaya inteqrasiya bizim strateji seçimimizdir, lakin biz qonşularımızı seçə bilmədik və buna görə də Avropaya inteqrasiya ilə paralel olaraq Rusiya ilə prinsipial, lakin düzgün mövqe tutmalı olduq. Mən sizə söz vermişdim ki, hökumətimiz qonşuları ilə münasibətləri normallaşdırmaq üçün hər şeyi edəcək və bu gün bərpa olunan ticarət əlaqələrinin yerli əhaliyə nə qədər böyük fayda verdiyini siz yaxşı bilirsiniz".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili Qoridə sakinlərlə görüşü zamanı deyib.

“Avropaya vizasız səfər etmək hüququ qazanan, azad ticarət sazişi imzalayan və Aİ üzvlüyünə namizəd statusunu alan bizim hökumətimiz oldu və bunu gürcü xalqı ilə birlikdə etdi. Bu gün ölkəmiz Avropaya inteqrasiya prosesini səssiz itaətlə deyil, şərəf və öz milli maraqlarını qorumaqla davam etdirir”, - İvanişvili bildirib.

Onun sözlərinə görə, hələ həllini gözləyən çoxlu məsələlər var, ona görə də ölkənin inkişafına qayğı bundan sonra da davam edəcək. İvanişvili ölkənin üzləşdiyi problemlərə də diqqət çəkib.

“Biz yaxşı bilirik ki, əhalimiz üçün hələ həll edilməli olan çoxlu məsələlər var və biz əldə etdiklərimizlə kifayətlənmək fikrində deyilik. Ölkəmizin inkişafına qayğı bundan sonra da davam edəcək. Lakin bu gün ölkəmiz fövqəladə sınaqlarla üz-üzədir. Xarici agentə, radikal müxalifətə ölkəni qarışdırmaq imkanı versək, hər şey geridə qalacaq və sülhü qoruya bilməyəcəyik. Bu gün bir tərəfdə ölkəyə ziyan vuran istənilən vəzifəyə imza atan müharibə partiyası, o biri tərəfdə isə milli maraqların qorunması və ölkənin inkişafı ilə məşğul olan “Gürcü arzusu” hakimiyyəti durur. Belə bir şəraitdə komandamızın güclü ictimai dəstəyi var və qələbəmizə heç nə mane ola bilməz. Lakin bizim vəzifəmiz təkcə qalib gəlmək deyil, konstitusiya çoxluğu əldə etməkdir. Bu, bizim şıltaqlığımız deyil. Biz əminik ki, konstitusiya çoxluğu ölkəmizin dönməz inkişafı üçün ən güclü uzunmüddətli təminat yaradacaq”, - deyə Bidzina İvanişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər