Baş nazir müxalifətə çağırış etdi
"Hər kəsi zorakılıqdan çəkinməyə çağırırıq. Nifrət gürcü mədəniyyətinə yaraşmaz, müxalifət gürcü mədəniyyətini gözəlləşdirməyən hərəkətlər etməməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib.
Hökumət başçısının sözlərinə görə, onlar bu cür əməlləri ilə öz zəifliklərini ört-basdır etməyə çalışırlar.
“Bir sıra faktlar olub, hücumlar olub, o cümlədən parlament və hökumət üzvlərinə qarşı, kampaniyaya mane olmaq cəhdləri olub, məsələn, Zuqdididə, eləcə də digər bələdiyyələrdə. Bu hərəkətlərdən biri insan həyatı bahasına başa gəldi. Seçki prosesində belə hərəkətlər edilə bilməz. Hər kəsi bu cür hərəkətlərdən çəkinməyə çağırırıq. Biz onların tərəfində çoxlu cinayətləri xatırlayırıq, amma yenə də onlara xatırlatmaq məcburiyyətindəyik ki, onlar özlərini ələ alsınlar və bu kampaniyanı kin-küdurətsiz apara bilsinlər.
Görürlər ki, çox çətin vəziyyətdədirlər, əslində bütün kollektiv “Milli Hərəkat”ın ümumi reytinqi 25 faizdir, bunun da böyük bir hissəsi bariyeri aşa bilmir, bu, çarəsizliyin ifadəsidir, belə hərəkətlər ilə öz zəifliklərini ört-basdır etməyə çalışırlar, lakin bütün bunlar onların seçki şanslarına kömək etməyəcək, heç bir şəkildə onların seçki şanslarını artırmayacaq, ona görə də bizim müraciətimiz nifrət kampaniyasından çəkinmələri olacaq”, - Kobaxidze bildirib.


