
Batumi bağlana bilərmi? - Mərkəz rəhbərindən açıqlama
"Ölkədəki epidemioloji vəziyyət tam nəzarət altındadır və təşvişə heç bir səbəb yoxdur, lakin diqqətli olmaq lazımdır".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
"Epidemioloji vəziyyət ölkədə tamamilə idarə olunur. Təşvişə heç bir səbəb yoxdur, amma vəziyyətə diqqət etmək lazımdır. Bu vəziyyət proqnozlaşdırılırdı çünki yay fəsli xüsusilə avqust ayında Acara bölgəsində çox hərəkətlilik oldu, qaydalara riayət etməliyik!”, - dedi Qamğrelidze.
Onun sözlərinə görə, Acarada təsdiqlənmiş virus sayı radikal tədbirlərin həyata keçirilməsinə ehtiyac yaratmır.
"Batumi, Acara bağlanmayacaq. Mövcud yoluxma sayı radikal tədbirlərin həyata keçirilməsinə ehtiyac yaratmır. Geniş araşdırmalar aparılır. İnsanları müayinədən keçməyə çağırıram. Bildiyiniz kimi, araşdırmalar Batumi bulvarında, Batumi poliklinikalarında, eləcə də Kobuletidə 3 yerdə pulsuz aparılır. İnsanlar nə qədər çox müayinə olunarsa, yoluxmuş halları müəyyənləşdirib təcrid etməyimiz asan olacaq, infeksiyanın daha da yayılmasının qarşısını alacağıq”, - dedi Qamğrelidze.