Gürcüstanın Çoxatauri rayonunun Kvenobani kəndində üç aylıq körpəyə koronavirus diaqnozu qoyulub.
InterPress.ge xəbər verir ki, bu barədə yerli İctimai Sağlamlıq Mərkəzi məlumat yayıb. Bildirilib ki, körpənin ailəsi virusa yoluxmuş şəxslə təmasda olub.
Körpənin vəziyyətinin qənaətbəxş olduğu və klinikaya yerləşdiriləcəyi bildirilib.
.jpg)