“Heç bir müxalifətçi İvanişvilinin dırnağının qiymətinə layiq deyil" - Kobaxidze
"Elə bir reputasiyaya malik olmalıdırlar ki, Bidzina İvanişviliyə debat təklif etməyə cəsarət edə bilsinlər".
InterPress.ge xəbər verir ki, baş nazir Kobaxidze müxalifətin və prezidentin İvanişviliyə debat təklifinə belə cavab verib.
Kobaxidze deyib ki, müxalifətin “Gürcü Arzusu"nun fəxri sədri və siyahının bir nömrəsi ilə debat etməyə resursları yoxdur:
"Mən onun adından bu suala cavab verə bilmərəm, amma hesab edirəm ki, müxalifətin bu haqda düşünməsi, Bidzina İvanişvili ilə hansısa yolla debatda oturmaq istəməsi çox cəsarətli olardı. Sadəcə olaraq, heç bir müxalifətçi ona layiq deyil. Sizin elə bir nüfuzunuz olmalıdır ki, cəsarətli olub Bidzina İvanişviliyə debat təklif edə biləsiniz”, - Kobaxidze deyib.
Baş nazirin özünü debata hazır olduğunu bildirib, lakin onun sözlərinə görə, opponentləri artıq onunla parlament formatında debatlardan “altı dəfə qaçıblar”:
"Onlar debatlardan qaçırlar, mən şəxsən hazıram. Parlament əsas müzakirə meydanıdır. Fevral, mart, aprel, may aylarında şansları var idi, sonra iyun idi, indi sentyabrdır. Altı dəfə şansları olub. Mənimlə parlament müzakirəsi aparmaqdan altı dəfə qaçıblar.
Teledebatlara gəlincə, bəli cənab, problem yoxdur. Onların ictimaiyyət qarşısında deyəcəkləri heç nə yoxdur, xaricilər onların adından təbliğat aparırlar, onlar hansı debatlardan danışırlar”, - Kobaxidze deyib.


