Baş nazir Ukraynanın müvəqqəti nümayəndəsinin Gürcüstandan geri çağırılmasına belə münasibət bildirib
"Gürcüstandan Ukraynanın müvəqqəti nümayəndəsinin çağırılması münasibətlərin inkişafına töhfə vermir, Ukrayna hakimiyyətinin bu qərarları bizim üçün çox üzücüdür”.
InterPress.ge xəbər verir ki, bunu baş nazir jurnalistin sualına cavab olaraq bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan bütün hallarda birtərəfli dostluq rejimində qalır, çünki bu, Ukrayna xalqına və Ukraynaya lazımdır.
“Biz Ukraynadan səfiri geri çağırmamışıq, Ukrayna səfirini də Gürcüstandan göndərməmişik. Bunu Ukrayna tərəfi etdi, birinci onlar iki bəhanə ilə Gürcüstandan öz səfirlərini geri çağırdılar, ona görə ki, biz sanksiyalara qoşulmadıq, yəni söhbət iqtisadiyyatımızın çökməsi ilə bağlı idi, ikincisi isə Ukraynaya döyüş könüllüləri göndərmədik, yəni ikinci cəbhənin açılmaması ilə bağlı idi. Biz nə birini, nə də digərini etməmişik, yəni iqtisadiyyatı çökdürməmişik, ikinci cəbhə açmamışıq, bu bəhanə ilə Ukraynanın səfirini Gürcüstandan çağırdılar. Bundan sonra Ukraynadakı səfirimiz praktiki olaraq ölkədən çıxarıldı. O, müharibə başlayandan 1 günlük belə olsa, Ukraynanı tərk etməyən səfirdir. Bir sıra səfirlər, o cümlədən Qərb ölkələrinin səfirləri var idi, onlar üçün ilk gündən təxliyyə elan etdilər, bu, təbii ki, onların işi idi, mən heç kimi tənqid edə bilmərəm, Kiyevi tərk etdilər. Gürcüstan səfiri sona qədər Ukraynada, gündəlik olaraq Kiyevdə qaldı və hətta nə bu adamı, nə də bizim ölkəni dəyərləndirdilər. Bu, düzgün deyil, münasibətlərin inkişafına töhfə vermir, lakin bu, Ukrayna hakimiyyətinin bizim üçün çox üzücü qərarlarıdır. Bütün hallarda birtərəfli dostluq rejimində qalırıq, çünki bu, Ukrayna xalqına, dost ölkəmiz Ukraynaya lazımdır”, - baş nazir bildirib.


