11 
Sen
2024
19:34
176

İrakli Kobaxidze: Müxalifətin kampaniyası əslində Gürcüstanda, ictimaiyyətin gözü qarşısında deyil, ölkədən kənarda aparılır

"Müxalifətin kampaniyası faktiki olaraq Gürcüstanda, ictimaiyyət qarşısında deyil, ölkədən kənarda aparılır ki, bu da tamamilə anlaşılmazdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstanda müxalifət partiyaları seçki kampaniyası apara bilmir, onların ictimaiyyətə deyəcəkləri yoxdur.

“Görürsünüz ki, Gürcüstanda müxalifət partiyaları seçki kampaniyası apara bilmir, onların ictimaiyyətə deyəcəkləri bir şey yoxdur və bunun fonunda müxalifətə kənardan təşviqat aparmaqda müəyyən köməklik göstərmək cəhdi var. Müxalifətin kampaniyası faktiki olaraq Gürcüstanda, ictimaiyyət qarşısında deyil, ölkədən kənarda aparılır, bu, tamamilə anlaşılmazdır, baxmayaraq ki, bu, seçkinin nəticələrinə heç bir təsir göstərməyəcək”, - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın