Polşada kollektorları soymaqda şübhəli bilinən 4 Gürcüstan vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Poznan polisi məlumat yayıb.
Məlumata görə, gürcülərdən ibarət qrup 2018-ci ildən cinayət törədirmiş. Ümumilikdə zərər beş milyon zlota çatır. Gürcüstan tərəfi cinayətkarların tutulmasında Polşa hüquq-mühafizə orqanlarının əməkdaşlarına yardım edib.
"İstintaq zamanı Poznan polisi polis attaşesi, polkovnik Qiorqi Qamsaxurdia tərəfindən əhəmiyyətli yardım alıb, o, çoxlu qiymətli məlumatlar toplayıb Poznan kriminal polisinə ötürüb", - deyə bildirilib.
Təqsirləndirilən şəxsləri iyirmi ilə qədər həbs gözləyir.
.jpeg)