Sürücülərin nəzərinə! Sentyabrın 6-sı və 8-i bu maqistiral yol müvəqqəti bağlanacaq
"Layiqli Tərəfdaş 2020"də iştirak etmək üçün Gürcüstana Amerika hərbi texnikası gətirilib.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, hərbi texnika Tbilisi-Senaki-Leselidze yolunda hərəkət edəcəyinə görə, bu maqistral yolda hərəkət gün ərzində məhdudlaşdırılacaq.
" 7-18 sentyabr tarixləri arasında Gürcüstanda beşinci dəfə keçirilən "Layiqli Tərəfdaş 2020" çoxmillətli təlim layihəsidir. Beynəlxalq təlim Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın və əməkdaşlığın bariz nümunəsidir. Təlimdə iştirak etmək üçün Amerika hərbi texnikası Gürcüstana dəniz yolu ilə artıq gətirilib. 6 və 8 sentyabr tarixlərində təlim teatrında Vazianidə "Striker", "Hummer" zirehli maşınları və maddi-texniki dəstək vasitələri və artilleriya hərbi texnikalarından istifadə ediləcək. Amerika hərbi texnikası ilə təchiz olunmuş 9 hərbi konvoy 6 və 8 sentyabr tarixlərində Tbilisi-Senaki-Leselidze yolunda bir saat yarım ərzində fasilələrlə hərəkət edəcək və bu səbəbdən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti gün ərzində məhdudlaşdırılacaq. Gürcüstan Müdafiə Nazirliyi yolun müəyyən hissələrində hərəkətin təxirə salındığı üçün vətəndaşlardan üzr istəyir ”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.


