Bu il Parlament seçkilərində neçə partiya iştirak edəcək?
2020-ci ilin parlament seçkilərində iştirak edəcək siyasi partiyaların qeydiyyat prosesi sona çatdı.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi seçki komissiyasından məlumat verilib.
MSK-dan verilən açıqlamaya görə, mərkəzi seçki komissiyasına 66 siyasi partiya qeydiyyatdan keçib.
Onların məlumatına görə, MSK-ya Gürcüstan parlamentinin seçkilərində iştirak etmək hüququ qazanmaq üçün bütünlükdə 78 partiya müraciət edib. Buradan 12-si qeydiyyatdan imtina edib.
"Seçki administrasiyası seçki prosesinin vacib hissəsini sona çatdırdı. Növbəti mərhələ siyasi partiyalar tərəfindən 1 oktyabr tarixinədək MSK rəhbərliyinə partiya siyahısının təqdim edilməsidir. Siyahı nəzərdən keçirildikdən sonda siyahının qeydiyyat prosesi başlayacaq. Majoritar namizədlərə gəlincə partiya /seçki bloku majoritar seçki dairəsinə 1 oktyabr tarixinədək Gürcüstan parlamentinə üzv namizədi təqdim etməlidir ", - deyə məlumatda bildirilir.


