Aspindza bələdiyyəsinin Ota kəndi yaxınlığında ildırım düşməsi nəticəsində bir nəfər xəsarət alıb, bir nəfər ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə "Samxretis karibce" məlumat yayıb.
Hadisə bu gün, sentyabrın 10-da baş verib.
Yerli sakinlərin dediyinə görə, ildırım düşən zaman hər iki şəxs meşədə olub.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası bir nəfərin artıq öldüyünü, digərinin isə yaralandığını müəyyən edib.
