Bu ilin 8 ayında Gürcüstanda dəniz, çay və göllərdə 41 nəfər boğulub.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Fövqəladə Halların İdarəetmə Xidməti yayıb.
Məlumata görə, son 3 ildə suda 173 ölüm faktı qeydə alınıb. Ölənlər arasında 25 azyaşlı var.
2022- 58 hadisə (8 yetkinlik yaşına çatmayanlar)
2023 - 74 hadisə (13 azyaşlı)
2024-cü ilin 19 avqust tarixinədək - 41 hadisə (4 azyaşlı)
