Baş nazir: Elə siyasi qüvvələr var ki, deməyə sözü yoxdur və kampaniya apara bilmirlər, gah xalqa yemək şousu təklif edirlər, gah da başqa növ təbliğat işləri aparırlar
Gürcüstanda elə siyasi qüvvələr var ki, gürcü xalqına sözü yoxdur, heç nə deyə bilmirlər və kampaniya apara bilmirlər. gah camaat üçün yemək şousu təklif edirlər, gah da başqa təbliğat xarakterli hərəkətlər edirlər.
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, adıçəkilən “siyasi qüvvələr” ictimaiyyətlə danışa bilmir və faktiki olaraq ölkədən kənarda seçki kampaniyası aparırlar.
“Gürcüstanda elə siyasi qüvvələr var ki, onların gürcü xalqına deməyə sözü yoxdur. Heç nə deyə bilmirlər və kampaniya apara bilmirlər. Bəzən camaata yemək şousu, bəzən də başqa növ təbliğat işləri təklif edirlər. Amma reallıqda onlar ictimaiyyətlə danışa bilmirlər və əslində ölkədən kənarda seçki kampaniyasını aparırlar ki, bu da çox üzücüdür. Daha acınacaqlısı odur ki, onlara bunu etmək üçün platformalar təklif olunur. Lakin bu cür hərəkətlər faktiki olaraq gürcü seçicilərinin oktyabrın 26-da ifadə olunacaq iradəsinə təsir edə bilməz”, - deyə baş nazir bildirib.


