09 
Sen
2024
11:39
148

İrakli Kobaxidze: Təəssüf ki, bu seçkilər görünməmiş xarici müdaxilə fonunda keçiriləcək

Bu, seçki kampaniyasıdır, müşahidə missiyası deyil - bu seçkilərin görünməmiş xarici müdaxilə fonunda keçirilməsi təəssüf doğurur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında “Çem Xmaze” müşahidə missiyası haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, xaricdən maliyyələşən sözügedən kampaniya birbaşa seçki prinsipləri ilə ziddiyyət təşkil edir.

“Əslində bu, seçki kampaniyasıdır, müşahidə missiyası deyil. Onların seçkiqabağı təşviqat materiallarını görə bilərsiniz ki, onlar birbaşa olaraq konkret siyasi qüvvələrin lehinə və konkret siyasi qüvvələrin əleyhinə təbliğat aparırlar. Birinci kobud qanun pozuntusu seçki kampaniyasının xarici pullarla maliyyələşdirilməsidir. İkincisi: maraqlıdır ki, yerli monitorinq təşkilatları deyilən qurumlar bu kampaniyaya cəlb olunublar. Formal olaraq bitərəf müşahidəçi olduğunu iddia edən və eyni zamanda konkret siyasi qüvvələrin xeyrinə və konkret siyasi qüvvəyə qarşı seçki kampaniyasında birbaşa iştirak edən təşkilatdır. Bu, seçki prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu kobud pozuntunun xaricdən maliyyələşdirilməsi seçki prinsiplərinin əlavə pozulmasıdır. Bu seçkilərin görünməmiş xarici müdaxilə fonunda keçirilməsi təəssüf doğurur. "Yaxşı ki, seçki prinsiplərinə zidd olan bu görünməmiş xarici müdaxilə seçkilərin nəticələrinə təsir edə bilməz", - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər