19 
Fev
2020
14:21
1430

Paytaxt meri Kaxa Kaladze vətəndaşlara yazılan bu cərimələrin silinməsini planlayır

Paytaxt meriyası “Siti Park” tərəfindən vətəndaşlara verilən 850 min larilik cərimələrin ləğv edilməsini planlayır.

İnterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökümətinin iclasında bildirib.

Kaxa Kaladze Tbilisinin vitse-meri İrakli Xmaladzeyə qeyd olunan məsələ ilə bağlı qanunvericilik təşəbbüsünün hazırlanmasını tapşırıb.

“Siti Park” şirkəti ilə 2018-ci ilin aprelin 10-dan müqaviləyi dayandırdıq. Şirkət bizi məhkəməyə şikayət daxil etdi və arbitraja belə getməyə hazırlaşırdı, ancaq məsələyi danışıq yolu ilə həll etdik. Bu gün “Siti Parkın” fəaliyyətini “Tbilisi Parkinq” şirkəti həyata keçirir. “Siti Park” tərəfindən bir il ərzində milyon 200 min cərimə yığılmışdı. Yeni şirkət fəaliyyətə başlayandan sonra, ildə 5 min larilik cərimə yığılır və şəhərdə parkinq səliqədədir, narazı olanlar yoxdur. Vətəndaşların 850 min larilik cərimələrinin ləğv olunması ilə bağlı parlamentə təşəbbüs təqdim edəcəyik. Ümid edirik ki, parlament bu təşəbbüsümüzü dəstəkləyəcək” – dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın