04 
Sen
2020
12:39
1042

Bu gün Gürcüstanda koronavirusa yoluxanların haradan olduqları açıqlandı

"Koronavirusun təsdiqlənmiş 28 yeni halından 3-ü Aversi klinikasının əməkdaşıdır. 4-nün isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır".

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun bildirdiyinə görə, koronavirusdan sağalanların say faizi 81 faizi təşkil edir.

"28 yeni hal qeydə alınaraq koronavirusa yoluxanların sayı 1596 nəfəri təşkil etdi. Buradan 12-i Dona mağazasının işçisidir ki, bura ilə bağlı ümumilikdə 36 koronavirus yoluxması qeydə alınıb. Yeni yoluxma hallarından 3-ü virusdaşıyıcısı ilə təmasda olandır, 3-ü Rustavidə Aversi klinikasının əməkdaşıdır, 2-i xaricdən daxilolmadır və bunlardan biri yük avtomobili sürücüsüdür. 4-nün isə Acaraya gediş-gəliş tarixçəsi var, digər 4-nün isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

Sağlamlığına isə 15 nəfər qovuşub və onların say faizləri 81 faizi təşkil edir. Bundan başqa 3 kritik ağır və 16 ağır xəstə var ",- deyə Ezuqbaia qeyd edib.

Bizimlə əlaqə saxlayın