04 
Sen
2020
12:08
2491

Gürcüstanda bu şəxslər bu vergilərdən azad edilir

Gürcüstanda yeni koronavirusun yayılması nəticəsində yaranan iqtisadi böhranı azaltmaq məqsədilə hazırlanmış "Kəndə və Fermerlərə Qayğı" anti-böhran əkinçilik planı, meliorasiya baxımından əhəmiyyətli dərəcədə güzəştləri nəzərdə tutur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın meliorasiya xidmətindən məlumat verilib.

Məlumata görə, 10 hektara qədər ərazidə suvarma və drenaj xidmətləri həyata keçirən fermerlər 2020-ci ilin meliorasiya xidməti vergisindən azad olacaqlar.

Onların sözlərinə görə, 4 sentyabr tarixinə görə dövlət güzəştlərindən istifadə edən 24 min abunəçi 2020-ci il meliorasiya xidməti vergisindən azad edilib. Sözügedən qnaətlər 2 955 139 larini təşkil edir. Bundan əlavə, kənd təsərrüfatının böhran əleyhinə planı çərçivəsində, su istifadəçilərinin Gürcüstan meliorasiyasına olan borcları 2020-ci ilə qədər tamamilə silinmişdir.

(Meliorasiyanın mənası: Təbii şəraiti pis olan torpaqları kökündən yaxşılaşdırmaq və onların məhsuldarlığını artırmaq üçün görülən tədbirlər sistemi).

Bizimlə əlaqə saxlayın