04 
Sen
2020
11:03
1255

Həmkəndlisini ölümlə hədələyən Yormuğanlı kənd sakini saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Kaxeti polis departamentinin əməkdaşları operativ istintaq axtarış tədbirləri nəticəsində Yormuğanlı kəndində hədə qorxu gəlmək ittihamı ilə 1985-ci il təvəllüdlü bir şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

"İstintaqla təsdiq olundu ki müttəhim 3 sentyabr tarixində gecə saatlarında Saqareco bələdiyyəsində həmkəndlisi 1979-cu il doğumlu vətəndaşı təhqir edib daha sonra onu bıçaqla hədələyib. Polis onu həmin gün saxlayıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən sorğu prosesi keçirilib və daha sonra ekspertiza təyin edilib.

Faktla bağlı istintaq Gürcüstan cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsilə başladılıb ", - DİN-nin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın