04 
Sen
2020
10:38
1027

Avtomobil 100 metr hündürlükdən aşdı - Ölənlər var

Şuaxevidə avtomobil 100 metr hündürlükdən aşıb, 3 nəfər həyatını itirib.

InterPres.ge xəbər verir ki, bununla bağlı məlumatı DİN yayır.

Hadisə nəticəsində eləcə də 2 nəfər xəsarət alıb.

Daxili İşlər nazirliyi Xabelaşvili kəndi yaxınlığında baş verən yol qəzası nəticəsində dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verir.

"Daxili İşlər nazirliyi və fövqəladə halların idarəsi xidməti Acarada Şuaxevi bələdiyyəsində Xabelaşvilebi kəndi yaxınlığında baş verən yol qəzası nəticəsində dünyasını dəyişənlərin ailələrinə baş sağlığı verir. Dünyasını dəyişənlərdən 2-si daxili işlər nazirliyinin fövqəladə halların idarəsi xidmətinin əməkdaşlarıdır.

Bu gün Acaranın Şuaxevi bələdiyyəsində yol qəzası baş verib. Belə ki, avtomobil böyük ehtimalla sürüşərək 100 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xilasedicilər tərəfindən təhlükəsizlik əraziyə çıxarılıblar və onlar təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya yerləşdiriliblər. Mövcud məlumata görə, onların həyati təhlükələri yoxdur.

Daxili İşlər Nazirliyi baş verən hadisə ilə bağlı Gürcüstan cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlayıb. Bütün müvafiq ekspertiza prosesləri keçirilir ",- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər