04 
Sen
2020
09:53
700

Kobaxidze: "Saakaşvili Gürcüstana gəlsə, ona həbsxana kamerasında gözəl bir rol veriləcək"

"Saakaşvili Gürcüstana gəlsə, ona həbsxana kamerasında gerçək və gözəl bir rol veriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistin Mixeil Saakaşvilinin gürcü siyasətindəki rolunun nə olduğu sualına parlament əksəriyyətinin üzvü İrakli Kobaxidze belə cavab verib.

“Bu çox gülməli bir sualdır. Əgər Saakaşvili Gürcüstana gəlsə ona ancaq həbsxana kamerasında gerçək bir rol veriləcək” – dedi İrakli Kobaxidze.

Xatırladaq ki, avqustun 27-də, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə bəyanat yaydı və buraxdığı səhvlərə görə, ictimaiyyətdən üzr istədi.

O qeyd etdi ki, düşünmək üçün çox vaxtı oldu və indi Gürcüstan xalqına daha yaxşı xidmət edəcək.

Saakaşvili bəyanatını bu sözlərlə başa çatdırdı: “Mən geri qayıdacam”.

Bizimlə əlaqə saxlayın