03 
Sen
2024
12:11
153

Kənd təsərrüfatı məhsullarının vahid dəyər indeksi 4,3% azalıb

Kənd təsərrüfatı məhsullarının vahid maya dəyəri indeksi əvvəlki rüblə müqayisədə 4,3 faiz azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Hesabata görə, sözügedən dəyişiklik əsasən diri heyvanların və heyvan mənşəli məhsulların dəyərinin 11,3 faiz azalması ilə əlaqədar olub ki, bu da müvafiq olaraq ümumi indeks dəyişikliyinə -5,93 faiz bəndi töhfə verib.

“Əvvəlki ilin müvafiq rübü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının vahid dəyər indeksi 8,0 faiz azalıb. İndeksin azalması, əsasən, çoxillik bitkilərin dəyərinin 11,7 faiz azalması ilə əlaqədar olub ki, bu da ümumi indeksdə -5,06 faiz bəndi dəyişməsini əks etdirir. Həmin dövrdə birillik məhsulların dəyəri 9,5 faiz, diri heyvanların və heyvan mənşəli məhsulların dəyəri isə 2,6 faiz azalıb ki, bu da ümumi indeksin dəyişməsinə müvafiq olaraq -1,72 və -1,24 faiz bəndi təsir edib. ”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın