03 
Sen
2020
16:33
710

Gürcüstanın Səhiyyə Nazirliyinin kompüter sisteminə kiberhücum oldu

Gürcüstanın Məcburi köçkünlərin işləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin komptüer sisteminə kiberhücum həyata keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, sentyabrın 1-də nazirliyin mərkəzi idarəsi və tabeliyində olan qurumların sisteminə qanunsuz müdaxilə olub, nəticədə tibbi məlumatlar və Luqar laboratoriyasının məlumat bazasındakı pandemiyanın idarə olunması üzrə informasiyalar emal və istifadə edilib.

Kiberhücumun xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən həyata keçirildiyi müəyyən edilib.

Əldə olunan məlumatların bir hissəsinin xarici saytlardan birinə yükləndiyi və kütləvi istifadə üçün açıq olduğu bildirilib. Məlumatların ictimaiyyətdə şübhə və qorxu yaratmaq məqsədilə saxtalaşdırıldığı qeyd edilib.

Faktla bağlı istintaq aparılır. /report/

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər