Səhiyyə Naziri məktəb və bağçaların bağlanma ehtimalından danışdı - AÇIQLAMA
"Əgər məktəblərdə və uşaq bağçalarında tövsüyyə və qadağalar pozularsa məktəblər və uşaq bağçaları bağlanacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze açıqlama verib.
O, bu haqda hökumət iclası başa çatdıqdan sonra qeyd edib.
"İlk növbədə öz məsuliyyətimizi artırmaq və tövsüyyələrə riayət etmək çox vacibdir. Covid-19 la yaşamağa öyrəşməliyik. Təbii ki, bunlar hal-hazırki mərhələdə yalnız tövsüyyə xarakteri daşıyır. Bizim məqsədimiz nə məktəblərə, nə müəllimlərə nə də valideynlərə cərimə sanksiyaları tətbiq etmək deyil. Əgər qaydalarda və tövsüyyələrdə pozuntulara rast gəlinərsə hökumət tərəfindən ciddi müdaxilə olacaq ki, uşaqlarımız təhlükəsiz şəraitdə təhsillərini davam etdirsinlər.
Müdaxilə isə belə olacaq, ehtiyac duyğularsa məktəblər bağlanacaq və sanitar normalar nəzərdən keçiriləcək. Onlara əlavə tövsüyyələr veriləcək və əlavə təlimlər keçiriləcək. Daha sonra isə təhsilin davam etməsinə imkan veriləcək ", - dedi E. Tikaradze.


