19 
Avq
2024
15:47
488

Gömrükçülər külli miqdarda bəyan edilməmiş siqaretlər aşkar ediblər

Cari il iyulun 25-dən avqustun 14-dək “Sarpi”, “Laqodexi”, “Kazbegi” və “Sadaxlo” gömrük-keçid məntəqələrində ölkə sərhədinə bəyan edilməmiş siqaretlərin qanunsuz gətirilməsi faktlarının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətinin məlumatında deyilir.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən risk profili və şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının fiziki və şəxsi baqajlarına və onların nəzarətində olan avtonəqliyyat vasitələrinə ətraflı baxış nəticəsində ümumilikdə 32 250 ədəd bəyan edilməmiş siqaret aşkar edilib. 

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanunu pozan vətəndaşlar sanksiya olaraq mallarından məhrum edilib və hər biri 1000 lari məbləğində cərimə olunub.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 31-ci hissəsinə uyğun olaraq, qanunu pozan 4 vətəndaş sanksiya qismində mallarından tam məhrum edilib, hərəkət dəfələrlə törədildiyinə görə 3000 lari məbləğində cərimə edilib. Qanunu pozan bir Gürcüstan vətəndaşının iş materialları əlavə cavab verilməsi üçün Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın