Samtrediyada baş verən yol qəzası itki ilə başa çatıb.
InterPress.ge xəbər verir ki, Sacavaxo kəndində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər və patrul polis qrupları səfərbər edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb.
