"Hər şey maliyyədən asılıdır, ona görə də yeni zooparkın açılış tarixi hələ məlum deyil".
InterPress.ge xəbər verir ki, bunu Tbilisi Zooparkının direktoru Zurab Qurielidze Business Press News-a bildirib.
Onun sözlərinə görə, zooparkın saxlanması üçün büdcədən ayrılan məbləğ işləri başa çatdırmaq üçün kifayət etmir.
“Zooparka son görünüş vermək üçün bizə təxminən 40 milyon dollar lazımdır, lakin bunu mərhələ-mərhələ etmək olar. İndi Afrika və Qafqaz ekspozisiyasının tikintisi başa çatdıqdan sonra zooparkı açacağıq, amma nə vaxt olacağını dəqiq deyə bilmərəm. Açılışdan sonra qalan işlərlə biz məşğul olacağıq”, - Zurab Qurielidze bildirib.
"Burada öz işini sevən və ona sədaqətlə xidmət edən insanlar var", - zooparkın direktoru bildirib.
.jpg)