
Valideyinlərin nəzərinə! Baş nazir 200 larinin köçürülməsi ilə bağlı sevindirici açıqlama verdi
"Təhsil ilinin əvvəlində vətəndaşlarımıza, xüsusən də uşaqlarımıza sosial dəstək vermək üçün addımlar atmağa davam edəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Coronavirusla bağlı Təşkilatlararası Koordinasiya Şurasının bugünkü iclasında bildirdi.
Onun sözlərinə görə, İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial İşlər və Maliyyə nazirlikləri, uşaqlar üçün olan 200 lari sosial yardımı vətəndaşların hesablarına köçürülməsini 1 həftə ərzində başa çatdırmaq məcburiyyətindədirlər.
Baş nazir qeyd edir ki, 200 lari sosial yardım almaq üçün bu günə qədər 857.000 uşaq qeydiyyatdan keçib.
Qeyd edək ki, qeydiyyat dekabrın 1-dək davam edəcək və yaxın gələcəkdə 1 sentyabrdan sonra qeydiyyat olanların hesabına pul köçürmə davam edəcək.