14 
Avq
2024
10:33
362

Yaponiyanın baş naziri istefa verib

Fumio Kişida Yaponiyanın baş naziri vəzifəsindən istefa verib.

InterPress.ge xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida bu gün keçirilən mətbuat konfransında “Liberal Demokrat Partiyası”nın lideri vəzifəsinə yenidən namizədliyini irəli sürmədiyini və buna görə də ölkənin baş naziri vəzifəsini tərk edəcəyini açıqlayıb.

“Siyasət ictimai inam olmadan işləyə bilməz. İndi mən partiyanın sıravi üzvü kimi bütün diqqətimi partiyanın yeni seçilmiş liderini dəstəkləməyə yönəldəcəm”, - deyə Fumio Kişida bildirib.

Xatırladaq ki, Fumio Kişida 2021-ci ildən Yaponiyanın “Liberal Demokrat Partiyası”nın lideri və ölkənin baş naziri vəzifəsini icra edəcək.

 

Bizimlə əlaqə saxlayın