12 
Avq
2024
09:33
428

Bu gün “Didqoroba 2024” xalq bayramı keçiriləcək

Bu gün Tetriskaro bələdiyyəsinin Didgori vadisində, "Didqoroba 2024" xalq bayramı keçiriləcək.

InterPress.ge xəbər verir ki, Tədbir saat 10:00-da başlayacaq.

Tədbirə gələn ziyarətçilər sərgi və uşaq məkanları ilə qarşılanacaq, Kvemo Kartli bələdiyyələri Gürcüstanın müxtəlif bölgələrinə xas olan mədəni irs nümunələrini, xalq sənətkarlıqlarını, kulinariya, mahnı və rəqsləri təqdim edəcəklər. Həmçinin, gürcü döyüş sənətinin nümunəvi təlimi və müxtəlif idman tədbirləri təşkil olunacaq. 

Bundan əlavə, folklor-xoreoqrafiya ansambllarının ifasında musiqi nömrələri ilə konsert, həmçinin Davit Ağmaşenebelinin dövrünün canlandırılacağı “Jami İgi” adlı teatr tamaşası nümayiş olunacaq. “Didqoroba 2024” çərçivəsində hərbi qulluqçular Didqori Xaç ordeni ilə təltif olunacaqlar. 

Bizimlə əlaqə saxlayın