
Sərhəd polisi sərhədi qanunsuz keçən 2 nəfəri həbs edib
Daxili İşlər Nazirliyinin Sərhəd Qoşunları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Batumi diviziyasının “Sarpi” sərhəd bölməsinin və “Xıxadziri” bölməsinin mühafizə olunan ərazisində, Gürcüstanın dövlət sərhədini qanunsuz keçən iki xarici ölkə vətəndaşı - 1989-cu il təvəllüdlü B.K. və 1965-ci il təvəllüdlü E.A. Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün həbs ediliblər.
InterPress.ge xəbər verir ki, cinayət üç ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Türkiyə Respublikasından Gürcüstan istiqamətində sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-E maddəsinin 1-ci hissəsi ilə aparılır.