11 
Avq
2024
18:40
574

Ukraynada davam edən döyüşlərdə gürcü döyüşçüsü həlak olub

Ukraynada daha bir gürcü döyüşçüsü, Vaso Kardava həlak olub. 

InterPress.ge xəbər verir ki, o, 118-ci briqadanın kəşfiyyat rotasında xidmət edib və Soledar-Siversk istiqamətində döyüşüb.

Vaso Kardava Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra gedib.

34 yaşlı Vaso Kardava rus artilleriyasının hücumu nəticəsində həlak olub. Onun cəsədi artıq döyüş meydanından çıxarılıb. Vaso Kardava Abxaziyadan köçkün olub.

Bizimlə əlaqə saxlayın