08 
Avq
2024
15:25
299

İrakli Kobaxidze parlamentin sədri, icra və qanunvericilik orqanlarının və Dipkorpların üzvləri ilə birlikdə avqust müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin sədri Şalva Papuaşvili, icra və qanunvericilik orqanlarının üzvləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə 2008-ci il müharibəsinin 16-cı ildönümü ilə əlaqədər, muxatqvərdi qardaşlar məzarlığında şəhid olanların xatirəsini ehtiramla yad edib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

“Biz hamımız ən faciəli günləri xatırlayırıq, lakin bu günlər həm də hərbçilərimizin göstərdiyi böyük qəhrəmanlığa görə bizi qürur hissi ilə doldurur və əlbəttə ki, biz onları bir daha şərəfləndirməliyik. Onların bir arzusu var idi - bu, Gürcüstanın ərazi bütövlüyü idi və əminəm ki, onların qəhrəmanlığı izsiz ötüşməyəcək, Gürcüstanın ərazi bütövlüyü mütləq bərpa olunacaq, sülh yolu ilə bərpa olunacaq və Qəhrəmanlarımızın arzusu gərçəkləşəcək", - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın