Baş nazir - hüquqi forması fərqli ola bilər, amma ən əsası odur ki, 2008-ci ildə Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi cinayət tam araşdırılsın
Hüquqi forma fərqli ola bilər, amma əsas odur ki, 2008-ci ildə Saakaşvilinin, “Milli Hərəkat” rejiminin törətdiyi cinayət tam araşdırılsın.
InterPress.ge xəbər verir ki, bu barədə bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
Hökumət başçısının sözlərinə görə, ictimaiyyət bütün bunlarla bağlı məlumat alacaq.
“Hüquqi forması müxtəlif ola bilər, prokurorluğa müraciət də ola bilər, parlamentin istintaq komissiyası da ola bilər, Konstitusiya Məhkəməsinə müraciət də ola bilər, bütün vasitələrdən istifadə etmək olar. “İctimaiyyət bütün bunlarla bağlı məlumat alacaq, amma əsas odur ki, 2008-ci ildə Saakaşvili, “Milli Hərəkat” rejimi tərəfindən törədilən cinayət tam araşdırılsın”, - baş nazir bildirib.


