08 
Avq
2024
11:08
217

İrakli Kobaxidze - Gürcüstanın ərazi bütövlüyü mütləq sülh yolu ilə bərpa olunacaq və qəhrəmanlarımızın arzusu gerçəkləşəcək

Avqust müharibəsində həlak olan qəhrəmanların arzusu Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək idi. Gürcüstanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunacaq və avqust müharibəsində həlak olan qəhrəmanların arzusu gərçəkləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

“Avqust döyüşlərində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etdik. Ən faciəli günləri hamımız xatırlayırıq, lakin bu günlər həm də əsgərlərimizin göstərdiyi böyük qəhrəmanlığa görə bizi qürurla doldurur. Bir daha onlara hörmət etməliyik. Onların bir arzusu var idi, bu, Gürcüstanın ərazi bütövlüyü idi və əminəm ki, onların qəhrəmanlığı izsiz ötüşməyəcək. Gürcüstanın ərazi bütövlüyü sülh yolu ilə bərpa olunacaq və qəhrəmanlarımızın arzusu gerçəkləşəcək”, - deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər