08 
Avq
2024
10:22
388

Dövlət idarələrində bayraqlar endirilib

2008-ci ilin avqustunda Gürcüstanın müstəqilliyi və birliyi uğrunda mübarizədə həlak olanların xatirəsinin şərəfinə dövlət idarəlində bayraqlar endirilib.

InterPress.ge xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, avqustun 8-i saat 00:00-dan avqustun 9-u saat 00:00-dək Gürcüstanın bütün ərazisində, inzibati orqanların binalarında dövlət bayraqları endiriləcək.

Avgust müharibəsinin 16 il dönümü ilə əlaqədər Gürcüstan Hökümət binasında, Gürcüstan Parlament binasında, Daxili İşlər Nazirliyinin binasında, Müdafiə Nazirliyinin binasında, Gürcüstan prezident administrasiyası binasında və eləcədə Gürcüstanın bütün ərazisində, inzibati orqanların binalarında dövlət bayraqları endirilib.

“Hökumətin fərmanına əsasən, Abxaziya və Gürcüstanın Sxinvali rayonlarının qanunsuz işğalına görə Rusiya Federasiyasının Gürcüstana genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində həlak olan qəhrəmanların xatirəsinin ehtiram əlaməti olaraq , ölkə ərazisində bütün inzibati orqanların binalarında və Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib”, - Deyə hökumət administrasiyasının məlumatında deyilir.

Məlumat üçün qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 əməkdaşı, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub. Yaralı və xəsarət alan mülki və hərbçilərin ümumi sayı 2232 nəfərdir ki, onların da 1045 nəfəri hərbi qulluqçulardır. Bu gün Gürcüstan ərazilərinin 20%-i hələ də Rusiyanın işğalı altındadır. Rusiya Federasiyası Gürcüstanın regionlarını - Abxaziya və Sxinvali bölgəsini işğal və hərbiləşdirməni davam etdirir, ölkə ərazisində mütəmadi olaraq qeyri-qanuni hərbi təlimlər keçirir, işğal xəttini tikanlı məftillər və müxtəlif süni maneələrlə intensiv şəkildə möhkəmləndirir, yerli mülki əhalinin oğurlanması, qanunsuz həbs və həbs praktikasını davam etdirir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər