07 
Avq
2024
11:25
213

Tina Bokuçava - Rusiyanın Gürcüstana təcavüzündən və ölkəmizin ərazilərini işğal etməsindən 16 il keçir

“Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Muxatgverdi qəbiristanlığında avqust müharibəsi zamanı həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib.

InterPress.ge xəbər verir ki, Bokuçava partiya nümayəndələri ilə qəbiristanlığı ziyarət edib.

Bokuçavanın sözlərinə görə, onların xatirəsini əbədiləşdirmək və ölkəni birləşdirmək cəmiyyətin borcudur.

“Rusiyanın Gürcüstana təcavüzündən və ölkəmizin ərazilərini işğal etməsindən 16 il keçir. Şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirik, qəhrəmanlıqları qarşısında baş əyirik. Onların xatirəsini əbədiləşdirmək və ərazi bütövlüyü uğrunda canlarını fəda etdikləri ölkəmizi birləşdirmək bizim borcumuzdur”, - deyə “Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər