Mixeil Sarjveladze - Tam məsuliyyətlə bildirmək istərdim ki, Luqar Laboratoriyasının və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin fəaliyyətinin dayandırılması və ya bağlanması barədə söhbət yoxdur
Tam məsuliyyətlə bəyan etmək və ictimaiyyətə bildirmək istəyirəm ki, Luqar Laboratoriyasının və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin fəaliyyətinin dayandırılması və ya bağlanması barədə söhbət yoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə brifinqdə səhiyyə naziri Mixeil Sarjveladze danışıb.
Nazirin sözlərinə görə, bəzi KİV-lər tərəfindən yanlış məlumatlar yayılır, guya ABŞ-ın yardımını dayandırdığına görə Luqar laboratoriyası və Xəstəliklərə Nəzarət Milli Mərkəzi fəaliyyətini dayandırır, bu həqiqətə uyğun deyil.
"Həm Luqar laboratoriyası, həm də Xəstəliklərə Nəzarət Milli Mərkəzi rahat işləməyə davam edir", - Mixeil Sarjveladze bildirib.
Nazir, opponentləri müəyyən məsələlərdən dar siyasi maraqlar üçün istifadə etməməyə, ictimaiyyəti çaşdırmamağa çağırıb.
“Söhbət davam edən bir neçə layihənin dayandırılmasından gedir, onların məzmunu tədqiqat fəaliyyəti, təlimlər və s. Bu, hər hansı səhiyyə proqramının həyata keçirilməsinin asılı olduğu tək bir proqram deyil. Nazirlik heç bir layihənin gecikməməsi üçün hər şeyi edəcək.”, - nazir bildirib.


