Ədliyyə Nazirliyi “Xarici təsirin şəffaflığı haqqında” qanun reyestrinin internet saytını istifadəyə verib
Ədliyyə Nazirliyi “Xarici təsirin şəffaflığı haqqında” qanun çərçivəsində təşkilatların qeydiyyatı üçün nəzərdə tutulmuş reyestr saytını istifadəyə verib.
InterPress.ge xəbər verir ki, tərəfdaş ölkələrdən maliyyə alan qeyri-hökumət və media təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən bu reyestrdə qeydiyyatdan keçməlidir. Hal-hazırda [5 avqust] bu reyestrdə heç bir təşkilat qeydiyatdan keçməyib.
Ədliyyə naziri Rati Breqadze bildirib ki, təşkilatlar avqustun 1-dən ərizə verməli olacaqlar, çünki qanun həmin gündən qüvvəyə minib.
“Təşkilat qanunda nəzərdə tutulmuş tələblərə əməl etmirsə, yəni Gürcüstan qanunvericiliyinə tabe deyilsə, bu da qanunda yazılıbsa, siz yaxşı bilirsiniz ki, müvafiq məsuliyyət daşıyır, bu da 25 min lari cərimə deməkdir. ", - nazir bildirib.


