"Vivamed" klinik direktoru Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı açıqlama verib
Mixail Saakaşvilinin palatadakı vəziyyəti pisləşməyib - indiyədək o, iki otaqlı nömrədə idisə, indi üç otaqlı nömrədədir.
InterPress.ge xəbər verir ki, bu barədə “İnterpressnews”a “Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze məlumat verib.
Onun sözlərinə görə, klinikada struktur dəyişiklikləri davam etdiyi üçün palatanın dəyişdirilməsi zərurəti yaranıb.
“Klinikada davam edən struktur dəyişiklikləri ilə əlaqədar olaraq, yeni şöbə əlavə edildi və bizə xəstənin, Mixail Saakaşvilinin olduğu mərtəbə lazım idi. Buna uyğun olaraq palata dəyişdirilib. Çox yaxşı vəziyyətdədir, heç bir şəkildə pisləşməyib, indiyə qədər iki otaqlı nömrədə idi, indi üç otaqlı nömrədədir”, - Çxaidze qeyd edib.
Məlumat üçün bildirək ki, “Vivamed” klinikasında palatanın dəyişdirilməsi ilə bağlı məlumatı Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin anası Giuli Alsaniya yayıb.


