05 
Avq
2024
10:42
609

Milli İmtahan Mərkəzi abituriyentlərin xarici dil imtahanının ilk nəticələrini dərc edib

Milli İmtahan Mərkəzi abituriyentlərin xarici dil (ingilis, alman, fransız, rus) dilli imtahanlarının ilk nəticələrini dərc edir.

InterPress.ge xəbər verir ki, abituriyent nəticəni öyrənmək üçün online.naec.ge internet saytına daxil olub, müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolunu qeyd etməlidir.

“Nəticələr səhifəsində imtahan verən şəxs öz işinin surətini və müəyyən bir fənn üzrə ilkin balı görmək imkanı əldə edəcək.

Xarici dil imtahanının maksimal balı 70. Minimum keçid balı 14 baldan yuxarıdır. Bərabərləşdirmədən sonra balı 14-dən çox olan abituriyent həddi keçmək imkanını özündə saxlayır. Abituriyentin keçid balını toplayıb-toplamaması yekun nəticələr elan olunanda məlum olacaq. Vahid milli imtahanların yekun nəticələri iddia ərizələrinə baxıldıqdan, ballar bərabərləşdirildikdən və miqyası artırıldıqdan sonra açıqlanacaq”, -  deyə Milli İmtahan Mərkəzinin yaydığı məlumatda deyilir.

Qeyd ədək ki, apellyasiya ərizələrinin qəbulu bütün imtahanların ilkin nəticələri dərc edildikdən sonra başlayacaq. Müraciətlər elektron qaydada qəbul edilir.

Bizimlə əlaqə saxlayın