WSJ - İran HƏMAS liderinin öldürülməsinə cavab olaraq təmkinli olmaq çağırışlarını rədd edir
İran ABŞ və ərəb diplomatlarının Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə reaksiyasını yumşaltmaq üçün göstərdikləri gərgin səyləri rədd edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Wall Street Journal yayıb.
Məlumatlı mənbələrə görə, İran rəsmiləri cavablarının müharibəyə səbəb olub-olmayacağından narahat olmadıqlarını bildiriblər.
“Bizim cavabımızın müharibəyə gətirib çıxaracağından narahat deyilik" Nəşr İran rəsmilərinə istinadən xəbər verib.
Xatırladaq ki, Hizbullahın Beyrutdakı rəhbəri Fuad Şükri və HƏMAS-ın Tehranda lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərq regionunda gərginlik artıb. İran və “HƏMAS” Haniyənin qətlində İsraili günahlandırır və “Hizbullah”la birlikdə qisas alacaqlarına söz verib.


