02 
Avq
2024
12:48
604

Qaraçöpdə etiraz aksiyası keçirilib - FOTO

Saqareco bələdiyyəsinin Qaraçöp (İormuğanlı) kənd sakinləri bir sıra problemlərlə bağlı eitraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, sakinlər daxili yolların asfaltlanmasını, içməli su probleminin aradan qaldırılmasını tələb ediblər.

Məlumata əsasən, kəntdə məktəbə gedən yol bərbad vəziyyətdədir və içməli su problemi mövcuddur. 

Aksiya zamanı çıxış edən kənd sakini Tozu Gülməmmədli, yerli büdcədə ayrılan pulların ədalətli şəkildə bölünməsini və kəntdə mövcud probemlərin aradan qaldırılması üçün xərclənməsini tələb edib. 

"Bizim əsas tələbimiz daxili yolların, xüsusilə məktəbə gedən yolun asfaltlanmasıdır. İçməli su bizim haqqımızdır və yerli büdcə ədalətli şəkildə xərclənsin. Heç olmasa gələn ilki büdcə bizim ehtiyaclarımıza uyğun şəkildə formalaşdırılsın.Biz nə istəyirik yol, su, baxca istəyirik. Əgər bizim tələbimiz ciddiyə alınmazsa, həftədə bir gün meria qarşısında aksiya keçirməyə hazırıq". - deyə kənd sakini Tozu Gülməmmədli bildirib. 

Qeyd edək ki, kənd sakinlərin etirazına "Salam" platformasının üzvləridə qoşularaq dəstək nümayiş etdiriblər. Etiraz aksiyası zamanı hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunublar. 

Bizimlə əlaqə saxlayın